Gəncədə qəza - Xəsarət alanlar var - Yeniləndi

Gəncədə qəza - Xəsarət alanlar var - Yeniləndi Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1978-ci il təvəllüdlü E.Nadirova və 1983-cü il təvəllüdlü V.İsmayılov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(Unikal)

10:04


Dekabrın 29-u saat 09:00 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.