Gəncədə qohumlar arasında dava düşdü, xəsarət alanlar var

Gəncədə qohumlar arasında dava düşdü, xəsarət alanlar var Hadisə

Gəncədə qohumlar arasında dava düşüb.

News24.az xəbər verir ki, çay kənarında qohumlar arasında düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə Regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (Teleqraf.az)