Gəncədə su qızdırıcısı partladı, - xəsarət alan var

Gəncədə su qızdırıcısı partladı, - xəsarət alan var Hadisə

Gəncədə qadın yanıq xəsarətləri alıb.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

46 yaşlı Gülnarə Məmmədova su qızdırıcısının partlaması nəticəsində yanıq xəsarətləri alıb. Yaralı şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.