Gəncədə təcili yardım avtomobili qəzaya düşdü

Gəncədə təcili yardım avtomobili qəzaya düşdü Hadisə

Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.

News24.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili "VAZ- 2106" markalı maşınla toqquşub.

Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf)