Gəncədə zəncirvari qəza: xəsarət alan var

Gəncədə zəncirvari qəza: xəsarət alan var Hadisə

Gəncədə 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” BMW “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı 1993-cü il təvəllüdlü Nəsrəddin Cəfərov xəsarət alıb.

Yaralı Gəncədəki tibb müəssisələrindən birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.(“Qafqazinfo”)