General nazirliyi məhkəməyə verdi
Hadisə
Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor İlqar Mazanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filalını məhkəməyə verib.
News24.az-ın məlumatına görə, general pensiya təminatının hesablanmasından narazılıq edib və bu barədə Bakı məhkəməyə müraciət edob. Məhkəmə qərarından narazı qalan İ. Mazanov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət hakim Cahangir Yusifovun icraatına verilib.
Qeyd edək ki, İlqar Mazanov 2017-ci ildə yaş həddi ilə əlaqədar Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Samir Əli