Girdimançay-Qaranohur məntəqəsini - SEL BASDI - VİDEO

Girdimançay-Qaranohur məntəqəsini - SEL BASDI - VİDEO Hadisə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Girdimançay-Qaranohur məntəqəsində güclü leysan yağış dolu ilə müşahidə edilib.

Xidmətdənn News24.az -a verilən məlumata əsasən, 14 may 2020-ci il tarixində saat 16:35 radələrində İsmayıllı rayonunun adıçəkilən ərazisində bir saat ərzində yağıntının miqdarı 42 mm olub.

Saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.