Goranboyda maşın aşdı, sürücü yaralandı

Goranboyda maşın aşdı, sürücü yaralandı Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, qəza rayonun Rəhimli kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü F.Məmmədov idarə etdiyi avtomobili yolun kənarına aşırdıb.

Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(Unikal)