Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı

Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı Hadisə

Goranboyda şagirdi döyən direktora cinayət işi açılıb.

News24.az xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerləşən 1 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbin direktoru olan 60 yaşlı Məlahət Abbasova (ad və soyad şərtidir) məktəbin müəllimlər otağında 10-cu sinif şagirdi olan zərərçəkəni döyüb. Buna səbəb isə həmin şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dalaşması olub. Buna görə xanım direktor həmin şagirdi müəllimlər otağında, insanların gur olduğu zaman danlayıb. Lakin birdən direktor ətrafdakı insanlara əhəmiyyət verməyərək şagirdi nalayiq ifadələrlə təhqir edib və qoluna, boynuna zərbələr vurub. Nəticədə məktəbli bir sıra xəsarətlər alıb.

Bu əməlinə görə, məktəbin direktoru Məlahət Abbasova barəsində cinayət işi açılıb.

Xanım direktor məhkəmədəki çıxışı zamanı “Konstitusiya və Suverenlik İli” çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Goranboy rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub. (Lent.az)