Goranboyda təmir sexi və avtomobil yandı

Goranboyda təmir sexi və avtomobil yandı Hadisə

Goranboyda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayon ərazisində avtomobil təmiri sexində anidən yangın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yanğınsöndürənləri cəlb edilib.

Yanğın zamanı təmir sexi və içəridə olan "VAZ" markalı minik maşını yanıb.

Yanğın söndürülüb. Araşdırma aparılır. (APA)