Goranboyda traktor qaz xəttini zədələdi

Goranboyda traktor qaz xəttini zədələdi Hadisə
Goranboyda traktor qaz xəttini zədələyib.

News24.az xəbər verir ki, rayonun İrəvanlı kəndi yaxınlığında işləyən ekskavator qaz xəttini zədələyib. Nəticədə Boluslu kəndinin 1500-ə yaxın abonenti qazsız qalıb.

Hazırda əraziyə “Azəriqaz”ın əməkdaşları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər gedir.