Goranboyda yol qəzası baş verib - Xəsarət alanlar var
Hadisə
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, 2002-ci il təvəllüdlü E.Babayevin idarə etdiyi "VAZ 21010" ilə 1991-ci il təvəllüdlü N.İsmayılovanın idarə etdiyi "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa)