Görüntüləri yayılan məktəbli özünə qəsd etdi - İddia

Görüntüləri yayılan məktəbli özünə qəsd etdi - İddia Hadisə

Ağcabədidə 9-cu sinif şagirdinin özünü asdığına dair iddia yayılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

İddiaya görə, yeniyetmənin ötən il yayılan şəxsi görüntüləri ilə bağlı məktəb rəhbərliyi ailəsini söhbətə çağırıb. Bu dərs ilində isə şagirdin təhsilə daha ciddi yanaşdığı deyilir.

Hadisə baş verən gün məktəbli dərsə getməyib. Ailəsinin bildirdiyinə görə, anası əməliyyat olunduğu üçün icazə alıb, valideynlər günorta saatlarında xəstəxanada olan zaman evdə tək qalan qız özünü asıb.