Göygöl sakini kəsici alətlə xəsarət aldı

Göygöl sakini kəsici alətlə xəsarət aldı Hadisə

Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(Unikal)