Göygöldə 40 yaşlı kişi öldürüldü

Göygöldə 40 yaşlı kişi öldürüldü Hadisə

Göygöl rayonunda kişi meyiti aşkarlanıb.

Rayon Polis Şöbəsinə Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyitin aşkarlanması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.(azxeber)