Göygöldə iki maşın toqquşdu - Qardaşlar yaralandı

Göygöldə iki maşın toqquşdu - Qardaşlar yaralandı Hadisə

Göygöldə qəza olub.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan Nadel kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun qardaşı Tərxan Həsənli, eləcə də, “Chevrolet”in sürücüsü, 1991-ci il təvəllüdlü Əliyar Əmirzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardım göstərilib, müalicələri davam edir. Faktla bağlı araşdırna başlanılıb. (Qafqazinfo)