Göygöldə qəza: bir neçə nəfər yaralandı

Göygöldə qəza: bir neçə nəfər yaralandı Hadisə

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun giriş hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Unikal)