Göygöldə qəza: ölən və yaralananlar var

Göygöldə qəza: ölən və yaralananlar var Hadisə

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı yolun kənarında olan 2003-cü il təvəllüdlü F. Quluzadə minik avtomobili ilə divarın arasında qalaraq ölüb. 2009-cu il təvəllüdlü R. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA.az)