Güclü külək daş hasarı qaz xəttinin - ÜZƏRİNƏ AŞIRDI

Güclü külək daş hasarı qaz xəttinin - ÜZƏRİNƏ AŞIRDI Hadisə
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.


Güclü külək daş hasarı qaz xəttinin - ÜZƏRİNƏ AŞIRDI Güclü külək daş hasarı qaz xəttinin - ÜZƏRİNƏ AŞIRDI Güclü külək daş hasarı qaz xəttinin - ÜZƏRİNƏ AŞIRDI