Güclü qar səbəbindən məktəblər bağlandı

Güclü qar səbəbindən məktəblər bağlandı Hadisə

Türkiyədə güclü qar yağışı və əlverişsiz hava şəraiti səbəbindən bir sıra əyalət və rayonlarda təhsil müvəqqəti dayandırılıb.

News24.az xəbər verib ki, Malatya, Elazığ, Muş, Bingölün Karlıova rayonu, Hakkari və Tuncelidə yanvarın 9-da məktəblər bir günlük bağlanıb. Valiliklərin açıqlamalarında qərara güclü qar, yolların buz bağlaması, uçqun və nəqliyyat təhlükəsi səbəb göstərilib. Bu bölgələrdə bəzi dövlət işçilərinə də inzibati məzuniyyət verilib.

Kocaelinin Darıca rayonunda isə şiddətli fırtına və elektrik kəsintiləri səbəbindən bütün rəsmi və özəl təhsil müəssisələrində dərslər dayandırılıb.

Rəsmi qurumlar vətəndaşları hava şəraitinə qarşı diqqətli olmağa çağırıb.