Günəşdə partlayış oldu

Günəşdə partlayış oldu Hadisə

Günəşdə güclü partlayış baş verib.

News24.az-ın xəbərinə görə, alimlər bildiriblər ki, son günlər Günəşdə qeydə alınan partlayışlar və hazırda ulduzda mövcud olan koronal dəlik Yeni il gecəsi Yerə təsir göstərə bilər.

Qeyd olunur ki, bu proseslər maqnit qasırğalarına səbəb ola bilər. Maqnit qasırğaları isə rabitə sistemlərində problemlər yarada, bəzi texnoloji qurğuların işinə təsir göstərə bilər.