Günəşlənərkən başına baca örtüyü düşən qadından - ÜZÜCÜ XƏBƏR

Günəşlənərkən başına baca örtüyü düşən qadından - ÜZÜCÜ XƏBƏR Hadisə

Antalyada dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, avqustun 24-də Antalyanın Alanya səmtinin Konaklı rayonunda baş verən hadisədə tibb bacısı Hanım Kaya Orakcı (37) otelin hovuz kənarında günəş vannası qəbul edərkən küləyin təsirindən baca qapağının başına düşməsi nəticəsində dünyasını dəyişib

Hakkaridə Ailə Sağlamlığı Mərkəzində tibb bacısı işlədiyi öyrənilən Orakcının ölüm xəbəri həyat yoldaşını və yaxınlarını gözyaşlarına boğub. İki uşaq anası Hanım Kaya Orakcının cansız bədəni yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Yarılmadan sonra o, qardaşı və yaxınları tərəfindən qəbul edilib. 

Digər tərəfdən otelin 40 santimetrlik baca qapağının küləyin təsirindən çıxması və hovuz kənarında oturan Hanım Kaya Orakcının ölümünə səbəb olması ilə bağlı ailənin vəkillərinin oteli məhkəməyə verməyə başladığı öyrənilib. Hadisə ilə bağlı saxlanılan otel müdiri M.D. polisə verdiyi ifadədən sonra prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.

Məryəm İlhamqızı