Yelləncək faciəyə səbəb oldu - 15 yaşlı qız öldü

Yelləncək faciəyə səbəb oldu - 15 yaşlı qız öldü Hadisə

Gürcüstanın Saqareco bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində 15 yaşlı azərbaycanlı qız vəfat edib.

News24.az hadisə Tüllər kəndində, Yadigarovların evinin həyətində baş verib.

Yeniyetmə qız yelləncəkdə yellənərkən dəmir konstruksiyanın kəndiri onun boynuna dolanıb.

Ailə üzvləri isə qızı artıq ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə, intihar həddinə çatdırma faktı üzrə araşdırma aparılır.