Gürcüstanda 7 yaşlı oğlunu öldürən ana azərbaycanlı imiş - Video

Gürcüstanda 7 yaşlı oğlunu öldürən ana azərbaycanlı imiş - Video Hadisə

Xəbər verdiyimiz kimi, Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində 7 yaşlı Fərrux Əhmədovun anası tərəfindən qətlə yetirilib.

News24.az xəbər verir ki, qətlin yeni detalları bəlli olub.

Məlumata görə, 42 yaşlı ana – Azərbaycan vətəndaşı Svetlana Əhmədova azyaşlı oğluna bıçaqla ölümcül xəsarətlər yetirib.

Bildirilib ki, uşağın atası Gürcüstan vətəndaşıdır.

Güləver (Geta) ictimai məktəbinin direktoru açıqlamasında bildirib ki, Fərrux məktəbin nümunəvi və sakit şagirdlərindən biri olub: “Fərrux çox mehriban və çalışqan uşaq idi. Qonşu kənddən məktəbimizə gəlirdi. Anasını tanıyırdıq, məktəblə əlaqədə olurdu. Heç vaxt şübhəli hal müşahidə etməmişik. Hadisənin səbəbi bizə məlum deyil. Ehtimal olunur ki, ananın psixoloji vəziyyəti bu hadisəyə təsir etmiş ola bilər”.

Məlumata görə, hadisədən sonra ailə üzvləri baş verəni gizlətməyə çalışıblar.

Həmçinin bildirilib ki, qadın cinayətdən sonra intihara cəhd edib.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 109-cu maddəsi (azyaşlının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi) ilə istintaq aparılır.

Qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır. /24News.ge/

Gürcüstanda 7 yaşlı oğlunu öldürən ana azərbaycanlı imiş - Video