Gürcüstanda DTX əməkdaşı avtomobilində intihar etdi
Hadisə
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşının meyiti tapılıb.
News24.az xəbər verir ki, Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, onun meyiti agentliyin binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.
İlkin ehtimallara görə, DTX əməkdaşı intihar edib, avtomobilinin yan oturacaqında tapança və məktub tapılıb. Hazırda araşdırma aparılır. (Unikal)