Gürcüstan-Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğradı - Video - Yeniləndi

Gürcüstan-Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğradı - Video - Yeniləndi Hadisə

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu haqda “İmedi TV” məlumat yayıb.

Kanal qəzanın videosunu yayıb, lakin hər hansı təfərrüatı ayırd etmək demək olar ki, mümkün deyil.

Gürcüstan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.

16:23


"Azərbaycan üzərindən ölkəmizə gələn C-130 hərbi kargo təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb".

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerində axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan rəsmiləri ilə birlikdə dərhal başlanılıb.