Hacıqabulda evdə partlayış: - xəsarət alan var__NEWL____NEWL__

Hacıqabulda evdə partlayış: - xəsarət alan var__NEWL____NEWL__ Hadisə

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü İlqar Arif oğlu Bədəlov evdə iş görərkən partlayış olub.

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.