Hacıqabulda qəza: 3 nəfər xəsarət aldı

Hacıqabulda qəza: 3 nəfər xəsarət aldı Hadisə

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

News24.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.