Hacıqabulda zəlzələ oldu
Hadisə
Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bununla bağlı Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 10:09-da baş verən zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın ocağı 45 km dərinlikdə yerləşib.
Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.