Həkim bizdən soruşdu, sistem vuraq, ya "smes"? - Qusar xəstəxanasından şikayət

Həkim bizdən soruşdu, sistem vuraq, ya "smes"? - Qusar xəstəxanasından şikayət Hadisə

Qusarda körpənin halı pisləşib, həkimin etinasızlığı narazılıq yaradıb.

News24.az xəbər verir ki, jurnalist Minayə Zamanova Qusar Mərkəzi Xəstəxanasında baş verən hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, həkimlərin etinasız davranışından şikayətlənib.

Zamanovanın sözlərinə görə, körpələrinin halı qəfil pisləşdiyi üçün gecə saatlarında Qusar Mərkəzi Xəstəxanasına müraciət ediblər. Lakin növbətçi həkim uşağı müayinə etmədən, soyuqqanlı şəkildə “uşaq həkimi yoxdur” deyib. Daha sonra məlum olub ki, xəstəxanada bir pediatr növbədə imiş.

“Əlləri cibində gəlib uşağın üzünə baxdı, bizdən soruşdu ki, "nə vuraq, sistem vuraq, ya smes?" O an çox əsəbiləşdim. Bir uşağı müayinə etmədən, qərarı valideynə buraxmaq nə dərəcədə düzgündür? Bu nə laqeydlik, nə vicdansızlıqdır?” — deyə jurnalist qeyd edib.

O əlavə edib ki, Qusar Mərkəzi Xəstəxanasında baş həkim bir neçə dəfə dəyişsə də, münasibət və yanaşma tərzi eyni qalır:

“Xəstələrin dediyindən belə başa düşdüm ki, burada xəstəyə baxmamaq adi haldır. İradımı növbətçi həkim Əliyar adlı şəxsə bildirdim, uşağı götürüb çıxdıq. Həkim isə nəzarətçiyə "heç kimi içəri buraxma" tapşırığı verdi".

Minayə Zamanova məsələ ilə bağlı TƏBİB-ə müraciət edərək hadisənin araşdırılmasını və tədbir görülməsini istəyib:

“Əks halda bu "həkimlər" bir körpənin ölümünə səbəb ola bilər. Gecənin yarısı heç kim kefindən xəstəxanaya getmir".

Nilufər