Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı

Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı Hadisə

Gəncədə 56 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

News24.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü E. Əlizadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Sabit Yusubov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa.az)