"Hər gün evdən dava-dalaş səsi gəlirdi" - Sabunçuda qadının ərini öldürməsinin təfərrüatı

"Hər gün evdən dava-dalaş səsi gəlirdi" - Sabunçuda qadının ərini öldürməsinin təfərrüatı Hadisə

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qonşuların RTV-yə verdiyi məlumata görə, ər-arvad arasında