Heydər Əliyev prospektində ağır qəza: bir nəfər öldü – YENİLƏNDİ

Heydər Əliyev prospektində ağır qəza: bir nəfər öldü – YENİLƏNDİ Hadisə

Paytaxtın Suraxanı rayonu, Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

News24.az xəbər verir ki, saat 21:40-da xanım sürücünün idarə etdiyi KIA markalı, 77-GY-014 dövlət nömrə nişanlı avtomobil nəzərdə tutulmayan yerdən keçən piyada Fuad Oqtay oğlu Ədilovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

**23:00

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza nəticəsində bir nəfərin həyatını itirdiyi ehtimal olunur.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Sözügedən hadisədə iştirak etmiş avtomobillərdən biri evakuator vasitəsilə ərazidən aparılıb.

Qəza səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. (Oxu.az)

Heydər Əliyev prospektində ağır qəza: bir nəfər öldü – YENİLƏNDİ