Şəhid atası vəfat etdi
Hadisə
Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu vəfat edib.
News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
H.Əzizoğlu I Qarabağ müharibəsi şəhidi Şahlar Hüseynovun atasıdır. O, 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, H.Əzizoğlu həm də rayonda aşıq kimi tanınıb və Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.//bizim.media