Hücum nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Hücum nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI Hadisə

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

News24.az xəbər verir ki, xəstəxanadan xəsarət alanların vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib. (apa.az)