İdmanda səhv hərəkət iflicə - səbəb oldu

İdmanda səhv hərəkət iflicə - səbəb oldu Hadisə

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yaşayan 32 yaşlı Abby Weiss idmana olan həvəsi və akroyoqanı sevməsi ilə tanınırdı. Lakin iyun ayında etdiyi çətin akroyoqa məşqi nəticəsində yıxılaraq onurğa beynini zədələyib və iflic vəziyyətinə düşüb.

News24.az xəbər verir ki, Weiss yoqa ilə akrobatikanı birləşdirən akroyoqanın fədaisi idi.

Gənc qadın akroyoqa ilə məşğul olarkən daha çətin bir hərəkət sınamaq istəyirdi. Lakin o,  onurğa beynini zədələyərək boyundan aşağı iflic olur.

Qəzadan əvvəl akrooqanın nə olduğu haqqında heç bir fikri olmadığını deyən Abbinin atası, "Bilsəydim, ona bunu etməməsini deyərdim. Amma məni dinləməzdi" dedi.

Eyni zamanda, atası Abbiyə yeni həyatında dəstək olmaq üçün xeyriyyə kampaniyasına başlayıb. İndiyədək 155 min dollardan çox ianə toplanıb.

Abbinin ailəsi onun hərəkət qabiliyyətini bərpa edəcəyinə ümid edir, lakin həkimlər heç bir zəmanət olmadığını bildirirlər.

Günel Məlikzadə