"İdrak" liseyində güllələnən müəllimənin vəziyyəti AÇIQLANDI - Yeniləndi
Hadisə
Ötən gün "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş tərəfindən güllələnən 29 yaşlı riyaziyyat müəlliməsi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib:
"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
12:53
1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.