İlkin otopsiya nəticələri məlum oldu: ölüm səbəbləri…
Hadisə
İstanbulda zəhərlənərək həyatını itirən Böcek ailəsinin ilkin otopsiya nəticələri məlum olub.
News24.az xəbər verir ki, “TRT Haber”in əldə etdiyi sənədə əsasən, ailənin zəhərlənməsinə qaldıqları hoteldə aparılan dərmanlama işləri səbəb ola bilər.
Məlum olub ki, ailənin qaldığı 201 nömrəli otaqda havalandırma sistemi yoxdur. Mütəxəssislər bunun zəhərlənmə ehtimalını artırdığını bildirirlər.
Məlumatda qeyd olunub ki, ölümlərin qida zəhərlənməsi ilə bağlı olması çox aşağı ehtimaldır.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.