İmişlidə ağır qəza - ölən və yaralananlar var - VİDEO

İmişlidə ağır qəza - ölən və yaralananlar var - VİDEO Hadisə

İmişlidə minik avtomobilləri toqquşub.

News24.az  xəbər verir ki, qəza Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri yol kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə  oktyabrın 9-da saat 14:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi cinsli, 2-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.  Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz