İmişlidə qəza: ölən və yaralanan var

İmişlidə qəza: ölən və yaralanan var Hadisə

İmişli rayonunda minik avtomobili aşıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı ölən Əbil Ədillinin meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan bir nəfər isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona döş qəfəsi və qarın boşluğunun küt travması, boyun nahiyəsinin əziyi, boyunun sağ yarısının sıyrılmış yarası diaqnozları təyin olunub. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.