İmtahanda saxtakarlıq edən qız özünü 17-ci mərtəbədən atdı

İmtahanda saxtakarlıq edən qız özünü 17-ci mərtəbədən atdı Hadisə

Dubayda 14 yaşlı hindistanlı məktəbli qız imtahanda saxtakarlıq edərkən yaxalandıqdan sonra intihar edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, müəlliminin məktəbdən qovulacağı ilə bağlı xəbərdar etdiyi gənc qız evə qayıtdıqdan sonra depressiyaya düşüb.

Qız özünün binanın 17-ci mərtəbəsindən atıb. Onun meyiti təmizlik işçisi tərəfindən tapılıb. Polis hadisəni intihar kimi qeydə alıb və ailələri uşaqları ilə bağlı diqqətli olmağa çağırıb.