İndoneziyada torpaq sürüşməsi: Ölənlərin sayı 25-ə çatdı
Hadisə
İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi zamanı ölənlərin sayı 25-ə çatıb.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, axtarış-xilasetmə rəsmisi Ade Dian güclü yağışlar səbəbindən itkin düşən 65 nəfərin axtarışlarının sabah davam etdiriləcəyini bildirib. Əməliyyatlar zamanı ikinci sürüşmə baş verdiyindən işlər müvəqqəti dayandırılıb.
Sürüşmədən zərər çəkən ərazilərdən təxminən 230 nəfər müvəqqəti sığınacaqlara təxliyə olunub. Hakimiyyət orqanları 30-dan çox evin zədələndiyini, bəzi yaşayış məntəqələrinin isə tamamilə torpaq altında qaldığını açıqlayıb.