İran bu uçuşları dayandırdı - Foto
Hadisə
İran Mülki Aviasiya qurumları ölkə daxilində bütün VFR (Vizual uçuş qaydaları) əsasında həyata keçirilən uçuşların aprelin 25-nə qədər dayandırıldığını elan edib.
News24.az xəbər verir ki, bununla bağlı rəsmi NOTAM yayımlanıb.
Qərara əsasən, aşağı hündürlüklərdə uçan özəl, təlim və istirahət təyyarələrinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu tip uçuşlar pilotun əsasən vizual müşahidəyə əsaslanaraq hərəkət etdiyi VFR qaydaları ilə icra olunur.
Rəsmi məlumatlara görə, məhdudiyyətlər müntəzəm kommersiya uçuşlarına təsir etmir. Çünki sərnişin təyyarələrinin böyük əksəriyyəti IFR (cihaz uçuş qaydaları) çərçivəsində fəaliyyət göstərir. IFR rejimində uçuşlar pilotun vizual görünüşdən deyil, naviqasiya və uçuş cihazlarından istifadə etməsi əsasında həyata keçirilir və daha çox yüksək hündürlüklərdə icra olunur. /Azad İran