İranda güclü partlayış baş verdi

İranda güclü partlayış baş verdi Hadisə

İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.

Bildirilib ki, partlayış səkkizmərtəbəli binada baş verib. Nəticədə iki mərtəbə, bir neçə nəqliyyat vasitəsi və mağazalar dağılıb.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Digər təfərrüatlar açıqlanmayıb.