İranda inanılmaz olay: Sağ gənc günlərlə cəsəd torbasında qaldı

İranda inanılmaz olay: Sağ gənc günlərlə cəsəd torbasında qaldı Dünya

İran İnsan Hüquqları Sənədləşdirmə Mərkəzi ölkədəki son etirazlar zamanı baş verən dəhşətli bir hadisəni açıqlayıb.

News24.az xəbər verir ki, hesabata görə, etiraz zamanı yaralanan bir gənc sağ olsa da, üç gün ərzində Kəhrizək morqunda cəsəd torbasında qalmaq məcburiyyətində olub. Ailəsi oğullarını əvvəlcə xəstəxanalarda, sonra Beheşt-e Zəhra qəbiristanlığında və nəhayət Kəhrizək morqunda axtarıb. Uzun cəsəd torbalarının arasında oğullarını tapan ailə onu dərhal xəstəxanaya çatdırıb. /Azad İran