İranda yenə partlayışlar oldu - Video

İranda yenə partlayışlar oldu - Video Hadisə

Tehranın cənub-şərqində yerləşən Parçin rayonunda güclü partlayış baş verdiyi bildirilir.

News24.az xəbər verir ki, rəsmi olaraq təsdiqlənməmiş məlumatlara görə, səhər saat 09:28–09:31 radələrində Parçin və Pakdəşt rayonlarında güclü partlayış səsi eşidilib.

Şahidlərin sözlərinə görə, Gərçək, Qiyamdəşt, Havarşəhr, Havaran sənaye zonası, Şəhr-e Rey və Çehelqəza ərazilərində də güclü səs eşidilib və titrəmə hiss olunub.

Bildirilib ki, bəzi yaşayış evləri və mağazalarda pəncərələr titrəyib, Qiyamdəştdə şok dalğası hiss edilib və hadisə yerindən tüstünün qalxdığı iddia olunur.