İrəvanda güclü yanğın başladı
Hadisə
Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki İsakov prospektində güclü yanğın başlayıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, ərazidəki pambıq istehsalı sexi yanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, saat 16:40-dan başlayan yanğının söndürülməsi davam edir.