Şirvanda 36 yaşlı kişi bıçaqlandı

Şirvanda 36 yaşlı kişi bıçaqlandı Hadisə

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.

Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.