İşçisini kartof adlandırdı, min dollar cərimələndi
Hadisə
İngiltərənin Lids şəhərində işçisini alçaldan şirkət rəhbəri cərimələnib.
News24.az xəbər verir ki, bu barədə Lids şəhərinin əmək tribunalı qərar qəbul edib.
Şirkətdə mühasib işləyən Bernadett Heyz bir neçə ay ərzində şirkət rəhbəri Mik Atkins tərəfindən alçaldıcı və irqçi istehzaya məruz qalıb.
Bildirilib ki, M. Atkins onu “kartof” adlandıraraq təhqir edib. Bundan sonra Bernadett Heyz məsələ ilə bağlı əmək tribunalına müraciət edib.
Qərara əsasən, Mik Atkins Bernadett Heyzə 31 min dollar məbləğində kompensasiya ödəməlidir.
“Bu, mənim özümə hörmətimi və özümə inamımı tam sarsıtdı. Özümü dəyərsiz hiss edirdim, utanır və narahat olurdum. Ofisə daxil olanda hətta fiziki olaraq özümü pis hiss edirdim”, – deyə o bildirib. /İndependent