İsmayıllıda zəlzələ oldu
Hadisə
İsmayıllıda 3,4 bal gücündə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 18:03-də qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.